Narkotik vasitə satan və alan şəxslər tutulub...

23 2021 13:07

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhər sakini Həsənov Əmrah Qəmbər oğlu saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə gətirilib və üzərinə baxış zamanı kağız bükümdə saxladığı heroin aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Əmrah Həsənov həmin narkotik vasitəni İsmayıllı şəhər sakini Niftaliyev Zakir Şakir oğlundan pul müqabilində alıb. Əməliyyat tədbirinin davamı olaraq Zakir Niftaliyevin üzərinə baxış keçirilərkən satış məqsədilə 18 ədəd kağız bükümdə və yaşadığı evə baxış keçirilərkən 1 ədəd sellofan bükümdə saxladığı heroin aşkar edilərək götürülüb. Faktla əlaqədar Əmrah Həsənov və Zakir Niftaliyev şübhəli şəxs qismində tutulub və barələrində cinayət işi başlanaraq istintaq aparılır.