Yol qəzasında 34 yaşlı qadın xəsarət aldı...

20 2021 18:47

Şəkidə yol qəzası olub. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 133-cü kilometrliyində, Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində baş verib. 53 yaşlı Bakı şəhəri Buzovna qəsəbəsi sakini Əkbərov Sahib Vaqif oğlu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində sərnişin, Oğuz rayonunun Qumlax kənd sakini, 34 yaşlı Məlahət Xanlar qızı Abdullayeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-yə aparılıb. Faktla bağlı araşdırma aparılır.