3 tona yaxın çətənə kolu məhv edilib...

20 2021 13:09

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib. Ümumi çəkisi 3 tona yaxın olan 8468 ədəd narkotik tərkibli çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.