Yük maşını körpüdən aşıb, sürücünün ayaqları sınıb...

18 2021 19:44

Zaqatalada yük maşını körpüdən aşıb, sürücünün ayaqları sınıb. Hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib. Qax rayon sakini, 44 yaşlı Elnur Səfər oğlu Kərimov idarə etdiyi "İsuzu" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın körpüdən çay yatağına aşıb. Yük maşınında sıxılmış vəziyyətdə qalan Elnur Kərimovu xilas etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Elnur Kərimov çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Elnur Kərimova aşağı ətrafların sınığı diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.