Vətən uğrunda canını fəda edən 19 yaşlı qəhrəman...

18 2021 17:46

Səbuhi İsgəndərli Vətən müharibəsi başlayan dövrdə “N” saylı hərbi hissədə əsgər kimi xidmət edirdi. Ancaq hər bir qəhrəman Azərbaycan oğlu kimi, o da Vətən torpağını azad etmək üçün can atırdı. Birinci Qarabağ müharibəsində mərdliklə vuruşan atasının qəhrəmanlıq hekayələri ilə böyüyən Səbuhi torpaqların azad olunacağı günü səbirsizliklə gözləyirdi. Elə onun bu arzusu özünü çox gözlətmədi. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatıldı. Zəngilanadək döyüşlərdə iştirak edən, mərdliklə vuruşan Səbuhi ailəsindən müharibədə olduğunu gizlədib. Hər zəngində isə ailəsinə ürək-dirək verib, torpaqlarımızın tezliklə azad olunacağına əmin olduğunu deyib. Səbuhi oktyabrın 26-sı Vejnəli kəndi uğrunda şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalıb. Səbuhi ilə bir yerdə  çiyin-çiyinə vuruşan dostları qanının yerdə qalmadığını, onu daim xatırlayacaqlarını deyirlər. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətəni canından çox sevən igidin ruhu bu gün şaddır. Çünki uğrunda canından keçdiyi torpaqlar azaddır və bu torpaqlarda şəhidləri ilə fəxr edən qürurlu və məğrur Azərbaycan xalqı yaşayacaq...