Bəxtiyar Vahabzadənin 96-cı doğum günü...

17 2021 14:15

Şəkidə dahi şair Bəxtiyar Vahabzadənin 96-cı doğum günü qeyd edilib.Tədbir şairin ev-muzeyində təşkil edilib. Şairi doğum günündə anmağa yaxınları, dostları, icra hakimiyyəti nümayəndələri və şəhər ictimaiyyəti qatılıb. Musiqi sədaları və şairin şeirlərinin ifası altında keçən tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın yox, bütün Türk dünyasının şairi və dahi şəxsiyyəti olub.