Zaqatala sakinlərindən 10 kiloqram narkotik götürülüb...

16 2021 13:25

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - Elvin Həsənov və əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Vüsal Albuşov saxlanılıb. Sonuncunun Göyəm kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan 10 kiloqramdan artıq marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Uşaqlıq dostları olan saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitəni bir müddət əvvəl becərdikləri çətənə kollarından yığdıqlarını və qurutmaq üçün kirayədə yaşadıqları evdə sərdiklərini bildiriblər. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, V.Albuşov və E.Həsənovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.