Yol qəzasında sürücü ağır xəsarət alıb...

16 2021 12:21

Zaqatalada yol qəzası olub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər sakini Rəsul Aydın oğlu Duxiyev idarə etdiyi “Lexus” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Rəsul Duxiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.