Oğul ağır qəzada həyatını itirdi, ata xəsarət aldı...

16 2021 12:13

Oğuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində olub. Hərəkətdə olan minik avtomobili ilə qoşqulu motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 26 yaşlı, rayonun Kərimli kənd sakini Taleh Gündüz oğlu Mütəllimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər, atası 48 yaşlı Gündüz Faday oğlu Mütəllimov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra müayinə edilmək üçün Oğuz RMX-dən Qəbələ Rayon Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.