Mağaza yanıb, satıcı yanaraq ölüb...

14 2021 16:10

Ötən gün axşam saatlarında Zaqatala rayonunun Mosul kəndi ərazisində fəaliyyət göstərən, Nuru Şaban oğlu İsrafilova məxsus, ümumi sahəsi 232 kv/m olan qarışıq mallar mağazasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mağazanın 100 kv/m-lik hissəsinin yanar konstruksiyaları və orada olan əşyalar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı mağazada satıcı işləyən, 2001-ci il təvəllüdlü Mosul kənd sakini Raul Zeydulla oğlu Qazıyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Raul Qazıyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı Fövqəladə Hallar Nazirliyi və Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.