Minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var...

14 2021 15:51

Zaqatalada avtomobil dərəyə aşıb. Hadisə axşam saatlarında Zaqatala-Mazıx-Qəbizdərə avtomobil yolunun Qəbizdərə kənd inzibati ərazisindən keçən hissəsində baş verib. Rayon sakini Şəmsəddin Bəxtiyar oğlu Hüseynov idarə etdiyi "Mitsubishi" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dərəyə aşıb. Qəza zamanı sürücü Ş. Hüseynov və avtomobildə sərnişin qismində olan Zaqatala rayon sakini Əfqan Teymur oğlu Bayramov aldıqları xəsarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.