Şəkidə ev yanıb...

14 2021 15:34

 Şəki rayonunun Kiçik Dəhnə kəndində ümumi sahəsi 200 m² olan, birmərtəbəli, 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.