Əhalinin vaksinasiyası uğurla həyata keçirilir...

13 2021 16:55

Şamaxıda əhalinin vaksinasiyası uğurla həyata keçirilir. Şamaxı Müalicə Diaqnostika Mərkəzində təşkil edilən vaksinasiya prosesinə 3 peyvənd, 3 gözləmə, 1 qeydiyyat və 1 təcili yardım otağı ayrılıb. Rayon üzrə vaksinasiya məntəqələrində indiyədək 50000 doza vurulub. Bu günə qədər rayonda testdən keçirilən 19108 nəfərdən 3323-nün “COVID-19” diaqnozu pozitiv çıxıb. Hazırda rayonda aktiv koronaviruslu xəstələrin sayı 199 nəfərdir. Həkimlərin səyi nəticəsində bu günə qədər virusdan 3033 nəfər sağalıb, 91 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Bölgədə əhalinin bu istiqamətdə maarifləndirilməsi və peyvəndləmə işlərinin daha çevik təşkili istiqamətində tədbirlər davam etdirilir.