Şəhidlərin xatirəsinə həsr olunmuş şəhər birinciliyi keçirilib...

13 2021 16:27

Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş muay-tay, tayboks və karate üzrə şəhər birinciliyi keçirilib. Gənclər və İdman İdarəsinin və Gənсlər Klubunun birgə təşkilatçılığı ilə baş tutan yarışın iştirakçıları əvvəlcə şəhidlərin məzarlarını ziyarət edib, xatirələrini anıblar. Daha sonra Gənclər və İdman Klubunda şəhər birinciliyinə start verilib. Yekunda yarışın qalibləri diplomlarla təltif olunublar.