Qaxda reyd olub...

13 2021 12:19

Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq Qax Rayon Polis Şöbəsi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən, motosiklet və velosiped sürücülərinə qarşı təhlükəsizlik tədbiri keçirib. Avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı tədbir görülüb və onlarla maarifləndirici söhbətlər aparılıb. Motosiklet və velosiped idarə edən şəxslər də saxlanılaraq onlara tövsiyələr verilib. Təhlükəsizlik tədbirləri zamanı yol hərəkət qaydalarını pozan sürücülərə qarşı inzibati qaydada protokollar tərtib olunub.