Aqroturizm təsərrüfatlarına dəstək göstərilir...

12 2021 16:46

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir. Layihə çərçivəsində növbəti dəstək Şəki rayonunun Öryət kəndində yerləşən aqroturizm təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri təsərrüfatı gəziblər. Məlumat verilib ki, təsərrüfat sahibi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramına qatılıb və proqramı uğurla tamamlayıb. Hər il təsərrüfatı 6000-ə yaxın turist ziyarət edir. “Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri aparılıb. Bundan əlavə, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə təsərrüfat bir sıra avadanlıqlarla təmin olunub.