Şəkidə yanğın... Külək alovu ətrafa yaydı

11 2021 19:29

Günorta saatlarında Şəkinin Aşağı Küngüt kəndi ərazisində yanğın olub. Kol-kosdan başlayan yanğın güclü külək səbəbindən genişlənərək biçilmiş taxıl sahəsinə, ardınca yol kənarındakı ağaclara və fərdi təsərrüfatlara keçib. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.