Güclü külək səbəbindən yol bağlandı...

11 2021 17:26

Şimal-qərb bölgəsində müşahidə edilən güclü külək bir sıra fəsadlara səbəb olub. Respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 106-111-ci kilometrlik hissəsində 7 yerdə, Kərimli avtomobil yolunda isə 1 yerdə ağacların və iri budaqların qırılaraq yolun hərəkət hissəsinə aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Dərhal qeyd olunan ərazilərə agentliyin xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub. Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bundan başqa, güclü külək rayonun bəzi ərazilərində ağacları mal tövlələrinin üzərinə aşırıb, bir neçə yerdə həyətyanı sahələrin divarları zədələnib.