Qəbələdə yanğın… Helikopter cəlb olundu

11 2021 14:15

Gecə saatlarında Qəbələnin Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti dərhal yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğının mürəkkəb relyefli ərazidə baş verməsi, eləcə də güclü külək alovun geniş ərazilərə yayılmasına səbəb olub. 60 hektardan artıq ərazi yanıb. Yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.