Hərbi qulluqçu Oğuzda dəfn edilib...

10 2021 16:27

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev Oğuz rayonunun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb. Əvvəlcə zabitin nəşi doğulduğu Calut kəndində yaşadığı evə gətirilib və vida mərasimi keçirilib. Daha sonra həlak olan zabitin nəşi dəfn olunması üçün kənd qəbiristanlığına aparılıb. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, zabitin hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər. Zabitin nəşi torpağa tapşırılarkən havaya yaylım atəşi açılıb, onun tabutu üzərindəki üçrəngli bayraq atasına verilib. Qeyd edək ki, İlqar Babayevin dayısı Saməddin Əmrahov Vətən müharibəsində şəhid olub. Zabit dayısının yanında dəfn edilib.