55 yaşlı kişi körpüdən yıxılaraq ölüb...

06 2021 13:42

 55 yaşlı Zaqatala şəhər sakini Qəzənfər Baba oğlu Babayev Zaqatala şəhər ərazisindən keçən Tala çayı üzərindəki asma körpüdən yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Qəzənfər Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Qəzənfər Babayev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Qəzənfər Babayev uzun illər idi ki, əsəb xəstəliyindən əziyyət çəkirdi. Faktla bağlı araşdırma aparılır.