Ağır qəza… Ölənlər var

06 2021 12:47

Zaqatalada minik avtomobili ilə yük maşını toqquşub, ölən və yaralananlar var. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 127-ci kilometrliyində, Zaqatala rayonu ərazisində baş verib. Rayonun Aşağı Tala kənd sakini 36 yaşlı Fətəliyev Rəhman Nəriman oğlunun idarə etdiyi Vaz-21011” markalı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olan 41 yaşlı Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Məmmədov Eldəniz Məzahir oğlunun idarə etdiyi “Kamaz”  markalı yük maşını toqquşub. Nəticədə “Vaz-21011” markalı avtomobilin salonunda olan sərnişin 26 yaşlı Bakı şəhəri Novxanı qəsəbəsi sakini Qurbanova Xatın Elxan qızı aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. “Vaz-21011” markalı avtomobilin sürücüsü Rəhman Fətəliyev, onun avtomobilində olan sərnişinlər 23 yaşlı Əhmədov Əhməd Vahid oğlu və 30 yaşlı Ağayeva Sevinc Əsədullah qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Aparılan tibbi müdaxilələrə baxmayaraq, sürücü Rəhman Fətəliyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.