Karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib...

05 2021 13:05

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb. Yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin “COVİD-19” pasportu olmadığı məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanılmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 4000 manat cərimələnib.