ABŞ-ın Azərbaycandakı səfiri Şəki RMX-nin Təlim Mərkəzində olub...

05 2021 12:43

ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberger ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və “UNİCEF” tərəfindən TƏBİB və ÜST-ün tərəfdaşlığı ilə həyata keçirilən “PROACT” təlim proqramı çərçivəsində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılmış Təlim Mərkəzində yaradılan şərait və iş prosesi ilə yaxından tanış olub. Səfir bildirib ki, Azərbaycanın müxtəlif ərazilərində 12 belə təlim mərkəzi yaradılıb. Bu mərkəzlərin yaradılmasında məqsəd səhiyyə işçilərinin “COVİD-19”la mübarizə bacarıqlarını və peşə bacarıqlarını artırmaqdır. Azərbaycanda yaradılmış bu təlim mərkəzlərində indiyədək ümumilikdə 500 tibb işçisi təlim kurslarına cəlb edilib və təlimlər keçib.