Karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib...

05 2021 12:15

Oğuz Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən birgə keçirilən monitorinqlər zamanı rayonun Xaçmaz kəndi ərazisində yerləşən “Dream Park” restoranında təşkil edilən toy mərasimində pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı bir masa arxasında müəyyən edilən say həddindən, yəni 6 nəfərdən artıq qonağın əyləşdiyi, eləcə də karantin rejiminin digər qaydalarına riayət edilmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı obyekti işlədən İqrar Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.