Şəkidə taxıl sahəsindən başlayan yanğın meşə sahəsinə də yayılıb.

21 2021 14:58

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Əkin sahələrində başlayan yanğın yaxınlıqdakı “Salıncaq” adlanan meşə ərazisinə də keçib. Yanğın nəticəsində ümumilikdə 30 hektar ərazidə biçilmiş taxıl sahəsi, meşə ərazisində isə kol-kos və qurumuş ot yanıb. Yanğının meşə ərazisindəki iri ağaclar olan hissəsinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.