Balakəndə 5 şadlıq sarayında karantin qaydaları pozuldu...

21 2021 14:48

Balakəndə polis əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 5 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb. Yoxlamalar zamanı şadlıq sarayında qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyekti işlədən Yaşar Xəlilov inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib. Digər 4 obyektin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, barələrində cərimə protokolları tərtib edilib.