Fermerlərə dəstək göstərilir...

20 2021 13:28

BMT-nin ərzaq və kənd təsərüfatı təşkilatı Azərbaycanın müxtəlif bölgələrində dayaq məntəqələri yaradaraq, fermerlərə yaxından dəstək göstərir. Bölgələrdə ofislər yaradılaraq bölgəyə məxsus məhsullar müəyyən edilir və onun istehsalcılarına müəyyən dəstək göstərilir. Belə bir təşəbbüs Qaxda da həyata keçirilib. Təşkilat təlimcilərin biznes səriştələrinin artırılması, bredləşmə, xərclərin hesablanması, birinci planların yazılması və eyni zamnada da qida təhlükəsizliyi baxımından təlimlər təşkil edərək, təlimcilərdə biznes səriştələrinin artırılmasına dəstək olur. Təlimlər qrub şəklində təşkil olunur. Təlimlər bitdikdən sonra təşkilat həmin qrupları ödənişsiz olaraq müəyyən istehsal və emal avadanlıqları ilə təmin edir.