Şəkidə "İnkassator" və "VAZ" toqquşub, xəsarət alanlar var ...

20 2021 11:41

Hadisə Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan "İnkassator" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. VAZ 2107-də olan Qoxmuq kənd sakinləri Sakit İdrisov, Namiq Məmmədov və Elmin Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.