“Yay məktəbi”nə maraq böyükdür...

23 2021 16:19
Mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə keçirilən “Yay məktəbi”nin artıq 1 həftəsi geridə qaldı. Əməkdaşlarımız Şəkidəki məktəblərdə olub tədris prosesi ilə maraqlanıblar. İzləyək...
İyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilib. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunub. Şəkinin Qoxmuq kənd orta məktəbində də şagirdlər dərslərdə aktiv iştirak edir. Əsasən açıq havada keçirilən dərslərə maraq olduqca böyükdür. Şagirdlər təmiz havada bilik öyrənmək, asudə vaxtlarını səmərəli keçirməkdən razıdırlar. Şəkinin 12 nömrəli tam orta məktəbində də şagirdlər böyük həvəslə yay günlərində dərsə gəlirlər. Onlar, pandemiya səbəbindən görüşə bilmədikləri sinif yoldaşları ilə həm səmərəli vaxt keçirir, həm də təhsillərində yaranmış boşluqları doldurmağa çalışırlar. Məktəbdə dərslər karantin qaydalarına uyğun şəkildə aparılır. Həmçinin burada da çagirdlərin bir hissəsi dərsi sinifdə keçirsə, digər hissəsi açıq havada təhsil alır. Yay məktəbi çərçivəsində dərslərdən əlavə müxtəlif məşğələlər, ustad dərsləri də keçirilir, ekskursiyalar təşkil edilir.