Şamaxıda koronavirus xəstəsi ictimai yerdə saxlanıldı...

04 2021 13:03

Şamaxı polisi aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayıb. COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Bayram Əlləzov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisində saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb. Bayram Əlləzov barəsində araşdırma aparılır.