Yol polisi Balakəndə reyd keçirib...

04 2021 12:18

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçirib. Reydlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerdə nəqliyyat vasitəsini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb. Bu kimi halların digərlərinin də haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Qayda pozuntularına yol verən avtomobil sahiblərinə qarşı inzibati tənbeh tədbirləri görülüb. Yol polisi əməkdaşları bu istiqamətdə tədbirləri davam etdirir.