Zaqatalada körpə doğuşdan sonra ölüb...

03 2021 18:34

Zaqatalada yeni doğulan körpə 2 gün sonra dünyasını dəyişib. Qımır kənd sakini, 33 yaşlı Rəvanə Xəlilova üçüncü uşaq dünyaya gətirmək üçün aprelin 30-da Zaqatala rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinə daxil olub. Rəvana Xəlilova xəstəxanaya daxil olduqdan bir gün sonra, mayın 1-də təbii yolla oğlan uşağı dünyaya gətirib.​ Doğuşdan sonra həkimlər uşağın səhhətində problem olduğunu bildiriblər. Körpənin Şəki Regional Perinatal Mərkəzinə köçürülməsinə qərar verilib. Körpə mayın 2-si axşam saatlarında Şəki Regional Perinatal Mərkəzində dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, doğuş zamanı ciftdə duyün olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.