Minik avtomobili traktorla toqquşdu...

03 2021 17:50

Bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qəza baş verib. “VAZ 21 07” markalı minik avtomobili hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən qoşqulu traktoru arxadan vurub. Qəza zamanı xəsarət alan avtomobilin sürücüsü və qadın sərnişin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.​ Faktla bağlı araşdırma aparılır.