Qəbələdə Pasxa bayramı qeyd olunub...

03 2021 14:25
Xristianlar Müqəddəs Pasxa Gününü qeyd edirlər. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbədən bazar gününə keçən gecə isə Pasxanın və İsanın dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. Azərbaycandakı xristianlar da Pasxanı təntənə ilə qeyd edirlər.
Bütün xristian aləmində olduğu kimi Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər də bu gün Pasxa bayramını qeyd ediblər. Qəsəbənin Cotari alban kilsəsində təşkil olunan bayram mərasimi pandemiya səbəbindən karantin qaydalarına əməl edilməklə kilsənin həyətində qeyd olunub. Tədbirdə az sayda əhali və ölkədə yaşayan provaslav xristianlar iştirak ediblər. Bəli, biz də belə möhtəşəm bayramların işğaldan azad olunmuş dədə-baba torpaqlarımızda qeyd ediləcəyinə qətiyyətlə inanırıq. Bu günün isə heç də uzaqda olmadığını artıq əminliklə bilirik.