Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib...

03 2021 10:26

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şəkinin Baş Laysqı kəndinin ərazisində qeydə alınıb. Şəki sakini 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi VAZ 2106 markalı avtomobil Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi yük maşını ilə toqquşub. Nəticədə VAZ 2106-da olan sürücü Eyvaz Hüseynov və sərnişin 57 yaşlı Sevda Hüseynova xəsarət alıb. Onlar dərhal Şəki RMX-yə çatdırılıblar. Vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.