Qəbələdə heyvandarlığa maraq artır...

22 2021 18:23

Son vaxtlar Qəbələnin heyvandarlıq üçün əlverişli kəndlərində şəxsi təsərrüfatların sayı getdikcə artır. Belə kəndlərdən biri də rayonun Çarxana kəndidir. Bu kəndin əlverişli iqlimi və otlaq sahələri kənddə südlük və ətlik heyvan cinslərinin saxlanılması üçün olduqca yararlıdır. Kənd sakinləri şəxsi təsərrüfatda südlük cins heyvanları saxlayaraq artıq gəlir əldə edir və təsərrüfatı genişləndirməyə çalışır. Südlük cins inəklər Almaniyadan idxal olub. Olduqca əlverişli olan bu cins gün ərzində 38-40 litr arasında südvermə qabiliyyətinə malikdir. Əldə olunan süd isə satışa çıxarılır. Bazarlarda tələbatın yüksək olması süd istehsalına marağı artırıb. Hazırda təsərrüfatçılar əldə olunan süddən pendir, qaymaq və digər süd məhsullarını hazırlayıb satışı genişləndirmək istiqamətində bazar araşdırır.