Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib...

19 2021 13:37

Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində dunyasini dəyişib. Hadisə rayonun Yuxarı Tala kəndində baş verib. Kənd sakini Natiq Babayev yaşadığı ünvanda nərdivana çıxıb yüksəklikdə iş görən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması alan Natiq Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Natiq Babayev gecə xəstəxanada vəfat edib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.