Şamaxı sakinlərini çilədən çıxaran yol...

18 2021 14:06


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bərpası zamanı Şamaxı rayonunun giriş hissəsində yerləşən geriyə dönmək üçün yol ayrıcı dəyişdirilərək bir neçə kilometr uzağa qoyulub. Nəticədə o yoldan gündəlik istifadə edən sakinlər xalq mahnısında deyildiyi kimi elə hey "dolayı gəl"irlər... Dolanmaq üçünsə qət etdikləri məsafə bir xeyli uzaqdır. Məsələni həm sakinlərin, həm də aidiyyatı qurumun dilindən dinlədik. Belə görünür ki, bu çilə hələ bitməyəcək. Təfərrüatlar sujetdə...
Artıq 1 ildən çoxdur ki, tikintisi yekunlaşan Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonunun ərazisindən keçən hissəsində yerləşən geriyə dönmə dairəsi sökülərək yeri dəyişdirilib. Sözügedən dairə rayonun girişindən 4 km aralıqda qoyulub. Bu da həmin ərazidə yaşayan sakinlərə problemlər yaradır. Magistral yolun üzərində yaşayan 48A məhəlləsinin sakinləri evlərinə gedib gəlmək üçün hər gün 8 km məsafə qət etməli olur. Sözügedən ərazidə yaşayış məntəqəsi ilə yanaşı, bir sıra idarə və müəsissələr də yerləşir. Məsafənin bu qədər uzaq olması orada çalışan işçilərə və həmin idarələrə müraciət edən vətəndaşlara da eyni çətinlikləri yaradır. Problem tek bununla da yekunlaşmır. Magistral yolda piyada keçidinin və ya zolağın olmaması bu yoldan hər gün istifadə edən piyadaların həyatı üçün təhlükə yaradır. Yolda sürət həddi saatda 60 km təyin edilsə də, sakinlər deyir ki, əksər sürücülər buna məhəl qoymur, avtomobili yüksək sürətlə idarə edir, piyadalara yolu keçməyə şərait yaratmır. Elə bu səbəbdən həmin ərazidə dəfələrlə piyada ölümü ilə nəticələn ağır qəzalar yaşanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də məsələdən xəbərdadır. Ancaq... Həmin ərazidə piyada zolaqlarının olmamasına gəlincə, Lakin ərazidə 3 dayanacağın olduğunu nəzərə alsaq, həmin keçid ancaq bir dayanacağın yanında tikilir. Odur ki, sakinlər digər dayanacaqların qarşısında piyada zolağının çəkilməsinin vacibliyinə diqqət çəkir.