Şəkidə tövlə içindəki mal-qara ilə birgə yandı...

27 2021 17:18

Şəkidə tövlə yanıb. Hadisə rayonun Qırxbulaq kəndində qeydə alınıb. Yanğın kənd sakini Fəxrəddin Hacıbabayevə məxsus tövlədə ot bağlamalarından başlayıb. Dərhal hadisə yerinə Şəki rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqda yerləşən digər tikiliyə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində tövlədə olan 3 baş iribuynuzlu mal-qara tələf olub. Həmçinin 300-dən çox ot bağlaması yanıb. Faktla bağlı araşdırma aparılır.