Şamaxıda karantini pozan çayxana aşkar edilidi...

27 2021 14:37

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edib. Polislər Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqlarını müəyyən edib. Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.