Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanıldı...

27 Noyabr 2020 17:40

Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb. Rayon sakini Davud Hüseynov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları Davud Hüseynovun “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğunu müəyyən edib və evinə geri qaytarıb. Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan Davud Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.