Şamaxıya ilk qar yağıb...

19 Noyabr 2020 18:21

Gec gəldi, güc gəldi . Ölkənin şimal-qərb bölgəsi ağ örpəyə bürünüb. Şamaxıya ilk qar yağıb. Dünən axşam saatlarından başalayan qar gün boyu davam edib. Şamaxı ağ örpəyə bürünüb. Rayon mərkəzinə 3-5, dağlıq ərazilərə isə 10-15 sm hündürlüyündə qar yağıb. Şəhərə yağan qar gözəl görüntülərə səbəb olub. Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinləri gözlənilən qarın əkin sahələrinə müsbət təsir edəcəyini düşünür. Qarın yağmasıyla aidiyyatı qurumlar iş başında olub. Şamaxı-Pirqulu avtomobil yolunda qardan təmizlənmə işləri aparılıb. Şamaxı ərazisində gecə saatlarında şaxta və dumanlı hava səbəbindən yola çıxan sürücülərin ehtiyyatlı olmaları tövsiyyə olunur.