Gələcəyə Nəfəs...

11 Noyabr 2020 17:21

Dost və qardaş ölkə Türkiyə Cümhuriyyətində təşkil olunmuş “Gələcəyə Nəfəs” şüarı altında keçirilən kütləvi ağacəkmə kampaniyasına Azərbaycan da qoşulub. Türkiyənin 11-ci ayın 11-ci günündə 11 milyon ağacəkmə təşəbbüsünə tövhə olaraq müxtəlif regionlarda, eləcə də işğaldan azad edilmiş ərazilərdə ağacəkmə aksiyası olub. Respublikanın hər yerində on minlərlə ağac əkilib,toxum səpilib. Ağacəkmə kampaniyasına Oğuz rayonu da qoşulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif cinsli meşə ağacları və toxumlar əkilərək meşə massivlərinin çoxaldılmasına zəmin yaradılıb.