Zaqatala və Şəkidə sakinlərin karantin qaydalarına riayət edib etmədiyini təyin etmək üçün reydlər keçirilib...

17 Oktyabr 2020 10:44
Vətəndaşlara xəbərdarlıqlar edilib və cərimələr yazılıb. Bildirilib ki, son günlərdə ölkə ərazisində koronavirusa yoluxma halları artıb. Bu səbəblədə karantin rejimi sərtləşdirilib.
Zaqatalada əhalinin sıx hərəkət etdiyi küçələrdə və dayanacaqlarda sürücü, sərnişin və piyadalarla söhbət apararaq, hər kəsin koronavirus pandemiyasının başlanğıc dövründə olduğu kimi, bu günlərdə də qaydalara tam əməl etməli olduqları vurğulanıb. Bildirilib ki, insanlar qaydalara əməl etməsə virusa yoluxanların sayında yenidən kütləvi artım ola bilər. Maskadan istifadə etməyən sürücülər cərimələnib.
Şəkidə də Şəki ŞRPŞ-nin əməkdaşları və Daxili Qoşunların əsgərləri reyd keçiriblər. Reyd karantin dövründə tibbi maskadan istifadə etməyən, sosial məsafəni saxlamayan vətəndaşlara qarşı baş tutub. Hüquq-mühafizə oraqanları küçədə, avtomobildə və avtobusda maskadan istifadə etməyən sakinlərə qarşı tədbirlər görülüb. Polis əməkdaşları və daxili qoşunların əsgərləri mağazalarıda gəzib. Bəzi mağazalarda satıcılara xəbərdarlıq edilib. Həmçinin küçədə sosial məsafəni saxlamadan dayanan sakinlərədə xəbərdalıq edilib. Qapalı məkanlarda tibbi maskadan istifadə etməyən sakinlər cərimələniblər.