Vətənin müdafiəsinə geden iki igid qardaş...

15 Oktyabr 2020 14:59
Düşməndən fərqli olaraq Azərbaycan igidləri könüllü olaraq cəbhəyə yollanır, mərdliklə vuruşur və Azərbaycanın olan Qarabağı tezliklə qaytarmağı özünə borc bilir. İndi təqdim edəcəyimiz sujetdəki ailənin də iki oğlu Qarabağ uğrunda döyüşlərdə iştirak edir. Hər iki övladını da cəbhəyə göndərən və onlardan qələbə xəbərlərini gözləyən valideynləri isə qürurla kameramıza danışıblar. İsmayıllı rayonu Maçaxı kənd sakinləri Əşrəf və Ziyalı Məmmədovlar cəbhədə gedən döyüşlərdə mərdlik nümayiş etdirirlər. Qardaşlardan biri orduda xidmət edir, digəri isə könüllü olaraq cəbhəyə yollanıb. Hələ birinci Qarabağ​ müharibəsindən Məmmədovlar ailəsi bir şəhid verib. Qəhrəmanlarımızın atası da köhnə döyüşçüdür. İki qardaşın vətənpərvər ruhda böyüməsində də şəhid əmilərinin və atalarının rolu böyük olub. Hazırda səngərdə düşmənlə üz-üzə döyüşən igidlərimiz uğurlara imza atır. Bu şərəfli işdə oğullarının da rolu olduğuna görə ana fəxr hissi keçirir. Qardaşları ilə qürur duyan ailənin kiçik övladları da onlardan gələcək xoş xəbərləri səbirsizliklə gözləyirlər. İndi Məmmədovlar ailəsi gözünü dikib cəbhədən gələn xəbərlərə... Onlar əmindirlər ki, Vətənin müdafiəsinə qalxan igid oğullarımız, güclü ordumuz tezliklə zəfər çalacaq!