Şəkidə koronavirusla əlaqədar tədbirlər gücləndirilib...

13 Oktyabr 2020 14:12

 Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi qabaqlayıcı tədbirləri gücləndirib. Yol polisi əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb. Şəhərdaxili marşrut avtobuslarında, taksilərdə sərnişinlərin sosial məsafə saxlaması, tibbi maskadan istifadə etməsi, həmçinin şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi onların diqqətinə çatdırılıb. Bəzi hallarda sürücülərin normadan artıq sərnişin götürməsi, həmçinin mövcud tələblərə riayət etməməsinin yoluxma hallarının artmasına səbəb olduğu vurğulanıb. Sonda DYPB-nin əməkdaşları sürücülərin suallarını cavablandırıb.