Şanlı üçrəngli bayrağımız hər yerdə!

13 Oktyabr 2020 13:12
İsmayıllıda bir qrup qadın bir araya gələrək şanlı bayrağımız hər evdə asılsın deyə bayraq tikməyə başlayıblar. Tikilən bayraqlar paketlənərək ele onu hazırlayan xanımlar tərəfindən şəhid ailələrinə, əsgər və könüllərin yaxınlarına təqdim olunur. İsmayıllıının Kürdmaşı kəndinin qadınları gecə-gündüz durmadan, üçrəngli şanlı bayrağımızı tikir daha sonra isə bu bayraqları ölkənin hər bir yerinə pulsuz paylayırlar... Hər evdə bayraq olsun deyə xanımlar bir araya gələrək qürur mənbəyimiz olan üçrəngli bayrağımızı tikməyə qərar veriblər. Burda əsasən Azərbaycan və Türkiyə Respublikasının bayraqları hazırlanır. Bayraqlar ölçülərə uyğun şəkildə tikilir. Xanımların hazırladığı üçrəngli bayrağımız indi bir çox kənd və şəhər mərkəzlərində küçələrdə asılıb. Xanımların bir arzusu var oda hazırlanan şanlı bayrağımızın Qarabağda dalğalanmasıdır...