Balakən rayonunun Meşəşanbul kənd sakinlərinin yol problemi...

29 2020 16:05

Bu kəndin sakinləri yayda tozdan evlərində otura bilmirlər. Qışda da, palçıqdan küçədə gəzə bilmirlər. Çünki yolları bərbad vəziyyətdədir. Hər addımbaşı bir çökək, gölməçə var. Balakən rayonunun Meşəşanbul kənd sakinləri illərdir yol problemindən əziyyət çəkirlər. 3800 nəfər əhalinin istifadə etdiyi 1 km-lik yol yararsız vəziyyətdədir. Kəndin yolları bu zamana kimi bir dəfə də olsa təmir olunmayıb. Sakinlər şəhər ərazisindən kəndə tez bir zamanda çatsalar da, kənddən evlərinə getmək üçün bu yolda bir xeyli vaxt itirirlər. Xüsusən yağışlı günlərdə yollarda hərəkət daha da çətinləşir. Rayon Yol istismar İdarəsindən bildirdilər ki, 2021-ci ilin fevral ayından işlərə başlanılacaq. Odur ki, kənd sakinləri bir il daha gözləməli olacaqlar.