Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb...

29 2020 18:44

Oğuz Rayon Polis Şöbəsi narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxsləri saxlayıb. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmazqışlaq kənd sakinləri - Elşad Seyidəliyev və İlkin Atakişiyev saxlanılıb. Elşad Seyidəliyevin kəndin meşəlik ərazisində ağac və kolların arasında 12, İlkin Atakişiyevin isə 10 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Oğuz RPŞ-də saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.